Aİ və NATO ilin sonuna qədər yeni yol xəritəsini qəbul edəcək

2020/04/img_2-1585995832.jpg
Oxunub: 701     20:12     28 Sentyabr 2022    
Avropa İttifaqı (Aİ) və NATO 2022-ci ilin sonuna qədər strateji əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndirəcək yeni yol xəritəsini qəbul etməyi planlaşdırır.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Stefano Sannino ABŞ-ın Avropa Siyasətinin Təhlili Mərkəzinin təşkil etdiyi forumda deyib.

"Bizim strateji tərəfdaşlığımızı yeni səviyyəyə çıxarmağın vaxtı çatıb. Birlikdə 2022-ci ilin sonuna kimi qəbul edilməsi planlaşdırılan yeni yol xəritəsini hazırlayırıq", - Sannino bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin