Portuqaliya silahlı qüvvələrinin Baş qərargahı haker hücumuna məruz qalıb

2020/10/7002e-1601704291.jpg
Oxunub: 478     20:12     28 Sentyabr 2022    
Portuqaliya silahlı qüvvələrinin Baş qərargahı haker hücumuna məruz qalıb.

Ordu.az-ın məlumatına görə, bunu ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, kiberhücumun səviyyəsi "çox ciddi" olub, bəzi sənəd və hesabatların oğurlandığı istisna olunmur.

Bu, Portuqaliya Baş qərargahının məruz qaldığı ilk haker hücumu deyil. Bir neçə ay əvvəl hərbi strukturun məxfi sənədləri internetdə satışa çıxarılmışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Portuqaliya   MN  


Bizi "telegram"da izləyin