Ermənistanın sabiq müdafiə naziri zaminə buraxılmayıb

2022/07/sdf45-1657016533.jpg
Oxunub: 446     19:31     28 Sentyabr 2022    
Ermənistanın sabiq müdafiə naziri David Tonoyanın zaminə buraxılması ilə bağlı vəsatətə baxılıb.

Ordu.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, onun vəkili Sergey Ovannisyan bildirib ki, Antikorrupsiya məhkəməsi vəsatəti təmin etməyərək, müvəkkilinin həbsdə qalmasına qərar verib.

Qeyd edək ki, müdafiə tərəfi həbs qətimkan tədbirinin dəyişdirilməsi müqabilində sabiq nazirin evinin girov qoyulmasını təklif edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tonoyan  


Bizi "telegram"da izləyin