ABŞ səfirliyi vətəndaşlarına Rusiyanı tərk etməklə bağlı çağırışına aydınlıq gətirib

2022/09/US-em-1664364463.jpg
Oxunub: 550     15:26     28 Sentyabr 2022    
Səfirlik Rusiya tərəfinin ABŞ vətəndaşları üçün ikili vətəndaşlığı tanımaqdan imtina edə, belə şəxslərin Amerika konsulluğunun yardımına çıxışını, Rusiyanı tərk etmələrini qadağan edə və hərbi xidmətə çağırıla biləcəyindən narahatlığını ifadə edib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı səfirliyinin məlumatında qeyd olunub.

Məlumatda o da bildirilib ki, hazırda kommersiya uçuşlarının sayı son dərəcə məhduddur və çox vaxt səfərdən əvvəl qısa müddətdə bilet almaq mümkün olmur: "Minik avtomobili və ya avtobusla ölkəni tərk etmək üçün quru marşrutları hələ də açıqdır. Əgər Rusiyanı tərk etmək istəyirsinizsə, mümkün qədər tez özünüz bunu həll etməlisiniz".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin