Minadan təmizlənmiş işğaldan azad olunmuş ərazilərin sahəsi açıqlanıb

2021/09/15950-1632213077.jpg
Oxunub: 467     15:18     28 Sentyabr 2022    
İndiyə qədər minadan təmizlənmiş işğaldan azad olunmuş ərazilərin sahəsi açıqlanıb.

Ordu.azA xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmuş ərazilərindəki Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov məlumat verib.

Araz İmanov qeyd edib ki, 2020-ci ilin noyabrından bu günə qədər 530 milyon kvadratmetr ərazi minadan təmizlənib: "Həmin ərazilərdən 66000 ədəddən çox mina və partlamamış sursat aşkar edilib. BMT-nin müstəqil ekspertləri proqnozlaşdırıb ki, işğaldan azad olunmuş ərazidə 1 milyona yaxın mina və partlamamış sursat var. Onların tamamilə təmizlənməsi üçün 25 il müddət və 50 milyard dollar vəsait lazım olacaq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mina   Qarabağ  


Bizi "telegram"da izləyin