Suriyadan Şimali İraqa, Azərbaycandan Ukraynaya qədər müharibə strategiyalarını dəyişdirən texnologiya və türk mühəndisliyi PUA-larda fərq yaradır. İnkişaf etmiş milli PUA-lar dünyada böyük diqqət çəkir.
“Bayraktar TB2” iştirak etdiyi hər nöqtədə uğurlu əməliyyatlar həyata keçirib. Lakin bu uğur xarici müdafiə sənayesi şirkətləri tərəfindən qısqanclıqla qarşılandı. Onun üzərində Kanada istehsalı olan kameralar var idi. Bu kameralara embarqo qoyulmuşdu, lakin yerli müdafiə sənayesi şirkətləri həmkarlarından daha yaxşısını istehsal edirdilər. Hazırda “Bayraktar” həmin kameralarla xidmətdədir.
30 kilometrə qədər lazer işarələmə
ASELSAN-ın yerli imkanlarla istehsal etdiyi kameralar gecə-gündüz işığın az olmasından asılı olmayaraq, yüksək performansla işləyir. O, 30 kilometr məsafədən lazerlə işarələmə qabiliyyətinə malikdir.
Yerli optik sistemin görüntü keyfiyyəti də fərq yaradır. Kameralı yerli PUA-lar 20 min fut hündürlüyə, yəni dəniz səviyyəsindən 7 kilometr yüksəkliyə qalxa bilir.
Çoxsaylı hədəf izləmə, dəqiq hədəf alma...
Yerdən baxıldığında, PUA heç bir yerdə görünmür, PUA isə yerdəki istənilən nöqtəni çox aydın şəkildə görə bilir. CATS kameralarının xarici rəqibləri ilə müqayisədə əhəmiyyətli fərqləri bununla məhdudlaşmır. Çox hədəfli izləmə, dəqiq hədəfləmə, hərəkət edən hədəfin istiqaməti və sürətinin izlənilməsi kimi proqram xüsusiyyətləri də asanlıqla istifadə edilə bilər.
Hazırda Türkiyə təhlükəsizlik qüvvələri daxilində istifadə edilən bütün PUA-larda CATS kameralarından istifadə edilməsi hədəflənir.
Firuz Bağırov
Ordu.az