Ermənistanın müharibə dövründəki keçmiş XİN rəhbəri yeni işə başlayıb

2020/05/1589527754.jpg
Oxunub: 556     14:55     28 Sentyabr 2022    
44 günlük müharibə zamanı Ermənistanın xarici işlər naziri olan Zohrab Mnatsakanyan özəl sektorda işləməyə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Mnatsakanyan müharibədən sonra, noyabrın 20-də xarici işlər naziri vəzifəsindən azad edilib, lakin hələ də hakimiyyətlə əlaqə saxlayır və onları tənqid etmir, bəzən də onların xeyrinə tvitlər yazır.

“Mnatsakanyan Nikol Paşinyanın doğulduğu Yenokavanda fəaliyyət göstərən “Apaqa Resort” istirahət kompleksində menecer vəzifəsində işləyir. Onun ətrafı bu məlumatı təsdiqləyib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   XİN  


Bizi "telegram"da izləyin