Mahaçqalada ermənilərin vəziyyəti gərgindir: “Heç kim müharibəyə getmək istəmir”

2022/09/100-5-1664362387.jpg
Oxunub: 722     16:40     28 Sentyabr 2022    
Rusiya prezidenti Vladimir Putin sentyabrın 21-də başlayan qismən səfərbərlik elan etdikdən sonra çoxlu sayda Rusiya vətəndaşı ölkəni tərk edir.

Rusiyada Ukraynadakı müharibə üçün səfərbərliyə qarşı kortəbii etirazlar davam edir. Mahaçqalada səfərbərliyə qarşı etirazlar zamanı polis 100-dən çox nümayişçini həbs edib. Dağıstanda insanlar magistral yolu bağlayıb və “Müharibəyə yox” şüarları səsləndiriblər və təhlükəsizlik qüvvələri havaya atəş açıb.

Daha sonra Mahaçqalada əsasən qadınların iştirakı ilə etiraz aksiyası başlayıb. “Rusiya Ukraynaya hücum etdi. Biz kor deyilik”, - deyə onlar bildirib. Polis zor tətbiq edərəkbir neçə nəfəri həbs edib. Bir neçə kişi döyülərək Daxili İşlər Nazirliyinə aparılıb. Onlar qadınları da saxlamağa çalışıblar. Eyni zamanda etirazçılar həbs olunanları azad etməyə çalışıblar. Polislərə qarşı güc tətbiq edilib. Axşam polisə əlavə dəstələr qoşulub, Rosqvardiya işə cəlb edilib.

Mahaçqala Erməni Mədəniyyət Mərkəzinin sədri Aleksandr Stepanyan deyib ki, burada müəyyən iğtişaşlar var.

“Səfərbərlikdən narazı olanlar var, ola bilsin ki, vəziyyəti bir az gərginləşdirənlər də var, amma indi sakitlikdir. Hər bir şəhərdə olduğu kimi hər şey normaldır”, - deyə o bildirib.

O, ermənilərə qarşı açıq-aşkar yaxşı və ya pis münasibətin olmadığını vurğulayıb: “Qətiyyən fərq yoxdur, hamı bərabərdir. Şəhərdə 2000-ə yaxın erməni yaşayır, bəziləri çoxdan yaşayır, bəziləri isə yeni gələnlərdir. Mən eşitməmişəm ki, kimsə Ermənistana qayıtmaq istəyir, məndə belə bir məlumat yoxdur. Burada doğulan insanlar var”.

Onun sözlərinə görə, heç kim müharibəyə getmək istəmir və bu, təbiidir: “Kim müharibəyə getmək istəyər? Düşünürəm ki, ancaq anormal psixologiyaya malik insanlar müharibə istəyir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   Mahaçqala  


Bizi "telegram"da izləyin