Azərbaycanın Baş Qərargah rəisi Tbilisidə Heydər Əliyevin abidəsini ziyarət edib

2022/09/fd897-1664361718.jpg
Oxunub: 387     14:41     28 Sentyabr 2022    
Gürcüstanda rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sentyabrın 28-də Tbilisi şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan nümayəndə heyəti abidə önünə əklil qoyub və Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad edib.

Azərbaycan Ordusunun Baş Qərargah rəisini Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov, səfirliyin əməkdaşları müşayiət ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Baş-Qərargah   Gürcüstan  


Bizi "telegram"da izləyin