“Birinci müharibə zamanı Petrosyan uduzacağımızı kağız və qələmlə sübut etdi” - Vazgen Manukyan

2021/01/26626-1611829866.jpg
Oxunub: 836     15:45     28 Sentyabr 2022    
“Levon Ter-Petrosyan indiki dünya siyasətindən çox uzaqdır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri Vazgen Manukyan deyib.

O qeyd edib ki, Ter-Petrosyanın məğlubiyyətçi “praqmatizmi” yeni bir şey deyil.

“Birinci müharibə zamanı Ter-Petrosyan uduzacağımızı kağız və qələmlə sübut etdi. Və heç də təsadüfi deyil ki, müharibə zamanı o, mənə, rəqibinə müdafiə naziri olmağı təklif etdi, o, gözlənilən məğlubiyyətinin bütün günahını mənim üzərimə atmaq istəyirdi”, - deyə Manukyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Manukyan  


Bizi "telegram"da izləyin