ABŞ-ın ATƏT-dəki səfiri: “ABŞ Cənubi Qafqaz regionuna dərindən qarışıb”

2022/09/ef31o-1664361190.jpg
Oxunub: 526     15:48     28 Sentyabr 2022    
“ABŞ Cənubi Qafqaz regionuna dərindən qarışıb. Hazırda biz Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması üzrə danışıqlarda çox fəal iştirak edirik. Biz də Ermənistanla Türkiyə arasında gedən prosesi dəstəkləyirik”.

Ordu.az xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter deyib.

Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən kənarlaşdırılması ilə bağlı suala cavabında Karpenter bildirib ki, ABŞ bu yaxınlarda Fil Rikeri Minsk qrupunun yeni həmsədri təyin edib.

“Hesab edirəm ki, Minsk Qrupunun həmsədrlərinin indi niyə görüşməməsi heç kimə sirr deyil. Bunun səbəbi təkcə Rusiyanın Ukraynaya təcavüzü deyil, başqa səbəblər də var. İndi Avropa Şurasının prezidenti Şarl Mişelin rəhbərliyi ilə sülh prosesi gedir və ABŞ bu prosesə böyük dəstək verir. Biz həmçinin mümkün dəstək üçün və Aİ tərəfdaşlarımızla sıx məsləhətləşmələr aparmaq üçün həm Ermənistan, həm də Azərbaycanla ikitərəfli səviyyədə çox sıx işləyirik. Ona görə də Ermənistan və Azərbaycana gəldikdə bizim birinci prioritetimiz iki ölkə arasında münasibətlərin normallaşmasına dəstək verməkdir”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   ATƏT  


Bizi "telegram"da izləyin