Azərbaycan 1994-cü ildə yekun protokolu niyə imzalamadı?

2019/04/Vladi-1554380161.jpg
Oxunub: 961     16:28     28 Sentyabr 2022    
Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın İctimai Televiziyaya müsahibəsindən sonra 1994-cü ildə imzalanmış üçtərəfli atəşkəs sazişi ictimai müstəvidə müzakirə olunmağa başlayıb. Azərbaycan həmin protokolu imzalamaqdan imtina edib.

Ordu.az xəbər verir ki, bununla bağlı Ermənistanın “Joğovurd” nəşri Rusiya prezidentinin Qarabağ məsələsi üzrə səlahiyyətli nümayəndəsi Vladimir Kazimirovla Azərbaycanın protokolu necə imzalamaması barədə söhbət edib.

1994-cü il mayın 16-17-də Moskvada Serj Sarkisyan, Məmmədrəfi Məmmədov (Azərbaycanın sabiq müdafiə naziri) və Samvel Babayanın görüşü baş tutdu. Burada mayın 17-də gecə yarısından atəşkəsin dayandırılması ilə bağlı saziş imzalanır, həmçinin tərəflər arasında bufer zonanın yaradılmasını, sülhməramlı qüvvələrin yerləşdirilməsini nəzərdə tutan sənəd hazırlanır.

Sənədi Rusiyanın müdafiə naziri Pavel Qraçov, Sarkisyan və Babayan imzalayır. Azərbaycan tərəfi sənədi imzalamır, onu təcili Bakıya çağırırlar. Azərbaycan Moskva razılaşmasının yekun protokolunu imzalamaqdan imtina edir, lakin atəşkəs reallığa çevrilir.

“Rəsmi Bakı dərhal bildirir ki, Azərbaycan tərəfi münaqişənin həlli üzrə danışıqları yalnız ATƏM çərçivəsində aparmaq niyyətindədir və münaqişə zonasında Rusiya sülhməramlılarının yerləşdirilməsindən söhbət gedə bilməz”, - deyə Kazimirov bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin