“Ermənistanın KTMT-yə üzv olmasının Azərbaycan üçün çəkindirici amil olması mifdir” - Tonoyan

2022/07/sdf45-1657016533.jpg
Oxunub: 903     15:10     28 Sentyabr 2022    
“İki gün davam edən hərbi əməliyyatlar nəticəsində kifayət qədər qəribə vəziyyət yaranıb. Azərbaycan öz məqsədinə çatdığını bəyan edir. Hamının gözlədiyi kimi, Ermənistan silahlı qüvvələri “təmkinlik” nümayiş etdirir”.

Ordu.az xəbər verir ki, bunu hazırda həbsdə olan Ermənistanın keçmiş müdafiə naziri Davit Tonoyan bildirib.

O qeyd edib ki, bu cür “təmkinlik” siyasi qərarın nəticəsidir.

“Bu cür “təmkinliyin” davam etdirilməsi silahlı qüvvələrin mənəvi-psixoloji durumuna, deməli, döyüş qabiliyyətinə ciddi təsir göstərəcək.

Sual yaranır ki, Silahlı Qüvvələrin məhdudlaşdırılmayacağı “qırmızı xətt” nədir? Siyasi hakimiyyət silahlı qüvvələrin hərəkətlərini yetərincə qiymətləndirir, yoxsa onların qeyd olunan vəziyyətdə lazımi şəkildə hərəkət etmək iqtidarında olmadığını və istənilən cəsarətli hərəkətin böyük itkilərə səbəb ola biləcəyini düşünür?”, - deyə sabiq erməni nazir vurğulayıb.

O bildirib ki, Naxçıvanla bağlı problem deyil: “Vaxtilə həmin istiqamətdə kifayət qədər tədbirlər görülüb”.

Tonoyanın sözlərinə görə, Qərb və Ermənistan arasında əməkdaşlığın inkişafı ideyası da yeni deyil.

“Praktiki baxımdan, 2020-ci ilin noyabrından sonra Qərb dövlətlərinin Ermənistan və Azərbaycana silah tədarükünə qoyulan siyasi məhdudiyyətləri aradan qaldırıb-qaldırmadığını bilmirəm. Əgər bu məhdudiyyətlər aradan qaldırılmayıbsa, o zaman qüvvədədir. KTMT-yə üzvlüyümüz heç vaxt Qərbdən hərbi alqı-satqı aparmağa əsl maneə olmayıb, bu, süni mifdir. Yalnız yuxarıda göstərilən məhdudiyyətlər tətbiq olunur. Onu da qeyd edim ki, silah və sursat alqı-satqısı ictimai çıxışları deyil, susmağı xoşlayır”, - deyə o bildirib.

Tonoyan qeyd edib ki, Ermənistanın KTMT-yə üzv olmasının Azərbaycan üçün çəkindirici amil olması da mifdir: “İndi onun dağılmasının şahidi oluruq. Ermənistanın KTMT-yə üzvlüyü başqa, çoxsəviyyəli təhlükəsizlik məqsədlərini güdür. Hər şeydən asılı olmayaraq, KTMT Ermənistan Silahlı Qüvvələrinin sərhədlərimizi qorumasına heç bir şəkildə mane olmur”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   KTMT  


Bizi "telegram"da izləyin