Kreml referendumdan sonra xüsusi əməliyyatın davam edib-etməyəcəyinə aydınlıq gətirib

2021/09/15483-1630570894.jpg
Oxunub: 474     13:55     28 Sentyabr 2022    
Kreml yeni ərazilərin Rusiyaya birləşdirilməsindən sonra Ukraynadakı xüsusi əməliyyatın davam edib-etməyəcəyinə aydınlıq gətirib.

Ordu.az-ın məlumatına görə, Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, “Donetsk Xalq Respublikası”nın bütün ərazisini azad etmək lazımdır.

Kremlin sözçüsü ərazilərin birləşdirilməsindən sonra xüsusi hərbi əməliyyatın antiterror əməliyyatına çevrilib-çevrilməyəcəyi ilə bağlı suala isə belə cavab verib: "Bundan xəbərim yoxdur. Hər halda, bu, yalnız ölkə prezidentinin, Ali Baş Komandanın qərarı ola bilər".

Peskov hazırda keçirilmiş referendumlarla bağlı Putinin xalqa müraciət etməyi planlaşdırmadığını da söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Peskov  


Bizi "telegram"da izləyin