Duma separatçı bölgələrdəki "referendumlar"la bağlı iş planına dəyişiklik edib

2022/09/1664359620.jpg
Oxunub: 427     13:34     28 Sentyabr 2022    
Rusiya Dövlət Duması Ukraynanın separatçı bölgələrində keçirilən "referendumlar"la bağlı iş planına dəyişiklik edib.

Ordu.az-ın məlumatına görə, Dumanın spikeri Vyaçeslav Volodin bildirib ki, parlament "referendumlar" ın nəticələrinə dair qərarların qəbulu üçün iş planına düzəliş etməlidir.

O qeyd edib ki, Duma "referendumlar" ların nəticələrinə əsasən lazımi qərarlar qəbul etmək üçün regional həftəni daha gec tarixə keçirəcək.

Volodin həmçinin bildirib ki, Dövlət Dumasının deputatlarının bu həftə Moskvada işləməsinə ehtiyac var.

Spiker Dumanın növbədənkənar plenar iclaslarının oktyabrın 3-ü və 4-də keçiriləcəyini açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-Dövlət-Duması  


Bizi "telegram"da izləyin