Belçikalı ekspert: Zəngəzur dəhlizi vacib layihədir

2022/09/047f4-1663843856.jpg
Oxunub: 603     11:56     28 Sentyabr 2022    
Aİ enerji asılılığını aradan qaldırmaq üçün Azərbaycanla işləyir.

Ordu.az xəbər verir ki, bu barədə Belçikadan olan “New Direction” beyin mərkəzinin icraçı direktoru Vitold de Çevilli Azərbaycan beyin mərkəzlərinin I Forumunda deyib.

“Enerji asılılığının aradan qaldırılması və problemin həll olunması istiqamətində Aİ digər tərəfdaşlarla işləyir ki, bunlar arasında Azərbaycan da var. Avropa həmçinin, Mərkəzi Asiya regionunun potensialı ilə də maraqlanır. Lakin bu əməkdaşlıq üçün Qərblə Şərq arasında koridorun yaradılması vacibdir. Burada isə Zəngəzur dəhlizinin vacibliyi bir daha meydana çıxır”, - Vitold de Çevilli qeyd edib.

O, çıxışında azad olunmuş ərazilərdə yeni infrastrukturun qurulması, nəqliyyat layihələrinin sürətlə tikilməsini də vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belçika   Zəngəzur  


Bizi "telegram"da izləyin