“BMT kürsüsündən “öz müqəddəratını təyin etmə”dən danışmaq əlavə gərginlik yaradır” - Əzizyan

2022/09/1664264742.jpg
Oxunub: 728     19:39     28 Sentyabr 2022    
“Müharibədən əvvəlki dövrdə ATƏT-in Minsk Qrupu mövcud idi. Bu gün həmin format de-yure işləyir, lakin inkişaf etmiş geosiyasi reallıqlar şəraitində həmsədr ölkələr arasında mövcud fikir ayrılıqları praktiki olaraq danışıqlar masasına oturmağa imkan vermir. Ona görə də biz başa düşürük ki, indiki şəraitdə Qarabağda yaşayan ermənilərin “öz müqəddəratını təyinetmə hüququ”nun reallaşdırılması baxımından real imkanlar yoxdur və bu barədə sadəcə olaraq BMT kürsüsündən danışmaq əlavə gərginlik yaradır”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi xadim Jirayr Əzizyan deyib.

O qeyd edib ki, KTMT-nin Ermənistan üçün kollegial təhlükəsizlik zəmanəti kimi fəaliyyət göstərməməsi hətta müharibədən öncəki dövrdə, 2020-ci ilin iyul ayında baş vermiş hadisələr zamanı aşkar edilib.

“Təbii ki, bunun öz məntiqi izahı var və struktura daxil olan ölkələrin Azərbaycan və Ermənistanla münasibətlərini müqayisə edəndə bu, daha aydın görünür, amma reallıqda biz şikayət etmək əvəzinə, dərin problemi aşkarlayıb həll etmək üçün aydın mexanizmlər formalaşdırmalıyıq”, - deyə Əzizyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Ermənistan  


Bizi "telegram"da izləyin