Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank məlumat verib.
O, TÜBİTAK MAM sualtı akustik laboratoriyasında inteqrasiya edilmiş sonar sisteminin inkişafı layihəsini araşdırıb. Nazir aşağı tezlikdə işləyən çox daha güclü və daha qabiliyyətli sonar yaratmağa başladıqlarını bildirib.
Bildirilir ki, aşağı tezlikləri təsbit edəcək “Sonar” Türkiyənin açıq dənizlərdə fəaliyyət göstərəcək ilk hava hücumundan müdafiə esminesində istifadə olunacaq.
TÜBİTAK MAM tərəfindən hazırlanan yeni sonar açıq dənizdə uzun məsafələrdən aşağı tezlikli səs dalğalarını aşkar edəcək. Türkiyənin mümkün təhdidlərə qarşı açıq dənizdəki gücünü gücləndirəcək. Türkiyə Milli Müdafiə Nazirliyi ilə həyata keçirilən layihə hərbi gəmilərə inteqrasiya oluna bilər.
Prototip istehsalına başlanılan layihə ilə Türkiyə bu texnologiyaya sahib azsaylı ölkələrdən biri olacaq. İnteqrasiya edilmiş sonar sistemi həm iqtisadiyyata, həm də milli təhlükəsizliyə ciddi töhfə verəcək. Sistemin dost və müttəfiq ölkələrə ixracı Türkiyəyə böyük rəqabət üstünlüyü gətirəcək.
Sevinc Əliyeva
Ordu.az