ABŞ şirkəti yeni nəsil B-21 bombardmançısını təqdim edəcək

2022/09/1664262487.jpg
Oxunub: 508     17:05     05 Oktyabr 2022    
ABŞ-ın “Northrop Grumman” şirkəti dekabr ayında B-21 “Raider” bombardmançısını təqdim edəcək.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin vitse-prezidenti Douq Yanq məlumat verib.

O qeyd edib ki, B-21 indiyə qədər hazırlanmış ən qabaqcıl hərbi təyyarədir və yeni texnoloji mükəmməlliyin məhsuludur.

2015-ci ildə müqavilə bağladıqdan sonra “Northrop Grumman” qabaqcıl hücum təyyarələrini dizayn etmək, sınaqdan keçirmək və qurmaq üçün ümummilli komanda toplayıb. B-21 “Northrop Grumman”ın sevimli məhsullarından biri hesab edilən yeni nəsil bombardmançıdır.

Altı B-21 sınaq təyyarəsi montajın müxtəlif son mərhələlərindədir. “Northrop Grumman” və ABŞ Hərbi Hava Qüvvələri keçən may ayında B-21-in ilk uçuşunun 2023-cü ilə planlaşdırıldığını təsdiqləyiblər. İlk uçuşun nə vaxt baş tutacağı yer sınaqlarının nəticələrinə əsasən dəqiqləşdiriləcək.

Dekabr ayında “Northrop Grumman”ın Palmdaledə keçiriləcək tədbirinə yalnız seçilmiş sayda iştirakçı dəvət olunub.

2021-ci ilin yanvarında “Northman Grumman” B-21 bombardmançısının ilk uçuşunu 2022-ci ildə edəcəyini açıqlayıb. Ancaq bu barədə daha sonradan məlumat verilmədi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Raider  


Bizi "telegram"da izləyin