Türkiyə 550 kilometr hündürlüyə çata biləcək “Şimşek” kosmik raketi üzərində işləyir

2022/09/Roket-1664262347.jpg
Oxunub: 508     16:32     28 Sentyabr 2022    
Türkiyənin ROKETSAN şirkəti 550 kilometr hündürlüyə çata biləcək “Şimşek” kosmik raketi üzərində işləyir.

Ordu.az xəbər verir ki, bu barədə “SavunmaSanayiST” nəşri yazıb.

ROKETSAN milli qaynaqlarla Mikro Peyk Buraxılış Sistemi (MUFA) üzərində inkişaf fəaliyyətlərini davam etdirir. Bu məqsədlə 2017-2020-ci illərdə həyata keçirilən raket buraxılışları zamanı 135 kilometr yüksəkliyə çatan şirkət yeni rekordlar vurmağa hazırlaşır.

Yeni inkişaf etdirilən 100 kiloqramlıq yük daşıma qabiliyyətinə malik olan SR-1 raketi ilə gələn il ilk atışın edilməsi və 300 kilometr yüksəkliyə çıxması hədəflənir.

400 kiloqram faydalı yük daşıyacaq “Şimşek-1” ilə 2027-ci ildə 550 kilometr yüksəkliyə çatmaq hədəflənir. Daha sonra üstün qabiliyyətlərə malik “Şimşek-2” buraxılış sistemləri hazırlanacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimşek   Türkiyə  


Bizi "telegram"da izləyin