Yunanıstan donanmasının sualtı qayıqlarından biri istismardan çıxarılıb

2022/09/S113--1664261815.jpg
Oxunub: 552     17:31     28 Sentyabr 2022    
Yunanıstan Hərbi Dəniz Qüvvələrinin sualtı qayıqlarından biri istismardan çıxarılıb.

Ordu.az xəbər verir ki, Yunanıstan Dəniz Qüvvələri Komandanlığının inventarında olan “Glavkos” (Tip 209-1100) sinif sualtı qayıqlardan biri olan S113 “Proteus”un istismardan çıxarılmasından sonra ölkənin aktiv sualtı qayıqlarının sayı 10-a enib.

Hazırda Yunanıstan Hərbi Dəniz Qüvvələrinin inventarında 3 fərqli sinifdə 10 sualtı qayıq var. Onlardan 2-si “Glavkos”, 4-ü “Poseidon” sinfinə, 4-ü isə “Papanikolis” sinfinə aiddir.

“Glavkos” sinfinə aid sualtı qayıqların orta yaşı 50, “Poseidon “sinfinə aid olanların 42,5, “Papanikolis” sinfində olanlar 7.75-dir. Yunanıstan Hərbi Dəniz Qüvvələrinin sualtı donanmasının 60%-ni təşkil edən “Glavkos” və “Poseidon” sinifli sualtı qayıqlarda yaşlarına görə texniki problemlər yarandığı məlumdur.

Aralıq dənizinin ən güclü sualtı donanmasına sahib olan Türkiyə Hərbi Dəniz Qüvvələrinin hazırda 12 sualtı qayığı var. Bunlardan 4-ü “Gür”, 4-ü “Prevez” və 4-ü “Ay” sinfinə daxildir. Gəmilər STM, HAVELSAN və TÜBİTAK kimi təşkilatların rəhbərliyi ilə genişmiqyaslı modernizasiyadan keçir. “Ay” sualtı qayıqları tədricən inventardan çıxarılsa da, onların yerinə çox üstün imkanlara malik "Reis Class" Sualtı qayıqları gələcək.

Digər tərəfdən Türkiyə MILDEN Layihəsi çərçivəsində milli sualtı qayığını inşa etmək üçün işlərə başlayıb. Türkiyənin STM şirkəti isə yerli və milli qaynaqlarla STM500 adlı mini sualtı qayıq inşasını davam etdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Türkiyə  


Bizi "telegram"da izləyin