Fransa Ermənistan və Azərbaycanı danışıqları bərpa etməyə çağırıb

2022/09/75663-1663845070.jpg
Oxunub: 649     21:29     26 Sentyabr 2022    
Fransa Ermənistan və Azərbaycan arasında gərginliyin azaldılmasına və danışıqların bərpasına çağırır.

Ordu.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Parisdə Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlara başlamazdan əvvəl deyib.

“Rəsmi Paris əmindir ki, dialoqun təxirə salınmadan davam etdirilməsi lazımdır”, - o, bütün məsələlərin yalnız danışıqlar yolu ilə həll edilməsinə işarə edib.

“Mən əmin-amanlığın və danışıqların bərpasına çağırıram”, - Makron tviterdə Yelisey sarayından yayımlanan çıxışında deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Makron  


Bizi "telegram"da izləyin