Nazir müavini Anar Kərimov şəhid Polad Şirinovun ailəsini ziyarət edib - FOTOLAR

2022/09/1664212544.jpg
Oxunub: 608     20:40     26 Sentyabr 2022    
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan Polad Şirinovun ailəsini ziyarət edib.

Ordu.az xəbər verir ki, görüşdə şəhidimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Onun xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb.

Bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı bütün sosial dəstək tədbirlərinin görülməsi təmin olunur.

Ailənin sosial vəziyyətinin hər zaman diqqətdə saxlanılacağı, şəhid ailələri üçün nəzərdə tutulan digər dəstək tədbirləri ilə əhatə olunacaqları qeyd edilib.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ƏƏSMN   Şəhid  


Bizi "telegram"da izləyin