Sisi dövründə Misirin silahlanma və hərbi infrastruktur investisiyaları

2022/10/1664611852.jpg
Oxunub: 641     12:16     01 Oktyabr 2022    
“Qlobal Atəş Gücü”nün iki il öncə təqdim etdiyi təsnifata görə Misir ordusu hərbi güc baxımından bir əvvəlki ilə nisbətən üç pillə yüksələrək dünyanın 9-cu ən güclü ordusu olaraq göstərilib. Bu yüksəlişin əsas səbəblərinə nəzər saldıqda, 2014-cü ildə hakimiyyətə gələn Əbdül Fəttah əs-Sisinin dövründə, xüsusən də Məhəmməd Mursinin hakimiyyətdən getməsindən sonra silah alışlarının həyata keçirildiyi və siyasi vəziyyəti yaxşılaşdırmaq üçün çoxölçülü addımların atıldığı görünür.

Silah alışına əlavə olaraq, İsrail ilə Kemp Devid razılaşmasından sonra Misirin ən mühüm silah tədarükçüsünə çevrilən ABŞ-dan asılılığını azaltmaq, Rusiya, Avropa ölkələri və Çin də daxil olmaqla hərbi təchizatçılarını diversifikasiya etmək siyasəti regional balansa təsir etmə potensialına malik mühüm strategiyalardan biridir.

Misirlə bağlı vurğulanması lazım olan digər mühüm addım isə hərbi infrastrukturu və bazalarını inkişaf etdirmək üçün atdığı addımlardır. Digər tərəfdən, bütün bu sərmayələrin Misir ordusunun potensialının artırılmasında bütöv bir təsirə malik olub-olmaması və ya reytinqin real vəziyyəti əks etdirib-əks etdirməməsi ilə bağlı müzakirələr davam edir.

Misirdə dövlət və iqtisadiyyatın hərbi qəyyumluğu 1952-ci ildə Azad Zabitlər çevrilişi ilə başladı. Kral Faruk və ingilislər rəhbərlikdən uzaqlaşdırıldıqdan, Camal Əbdül Nasir Misirin ilk prezidenti olduqdan sonra ölkədə pan-ərəb-sosialist rejim quruldu və bu rejimdə əsgərlər ən kritik vəzifələrə təyin olunmağa başladılar. Bu kontekstdə Birləşmiş Ərəb Respublikasının təcrübəsinə nəzər saldıqda, pan-ərəbizmdən daha çox misirli millətçi yanaşmadan, sosializm kontekstində isə onun gətirdiyi fasilədən danışmaq olar.

Nasirin varisi Ənvər Sədat dövlət daxilində hərbçilərin mövqeyini azaltmağa çalışsa da, Hüsnü Mübarək dövründə bu cərəyanın əksi mövqe tutdu. Bu istiqamətdə hərbçilərə iqtisadi təşəbbüslər yaratmağa və ölkə iqtisadiyyatında üstünlük qazanmağa imkan verərək qəyyumluq sistemi qurulmaqla, habelə dövlət idarəçiliyində yüksək vəzifələrə təyin edilməklə ordunun dövlətə təsiri xeyli artırılıb.

Misir ordusu yanacaq, daşınmaz əmlaka nəzarət, dövlət tenderlərində prioritet və neft-kimyadan tutmuş turizmə qədər bir çox sektora qanuni sərhədlər daxilində nəzarət kimi xüsusi icazələrə malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Misir   Sisi  


Bizi "telegram"da izləyin