Ermənistan hökuməti PKK terrorçularını Türkiyəyə təhvil verib?

2022/09/1664186159.jpg
Oxunub: 694     14:20     26 Sentyabr 2022    
Suriyadakı YPG adlı kürd qruplaşması Ermənistanda həbsdə olan kürd terrorçuların Türkiyəyə təhvil verildiyini bildirib. Atilla Çiçək və Hüseyn Yıldırım adlı terrorçular Ermənistanda ötən il həbs edilib. Onlar Araz çayı vasitəsilə Ermənistan sərhədini qanunsuz keçərək silah və sursat qaçaqmalçılığında ittiham edilirdi.

Ordu.az xəbər verir ki, Ermənistan hökuməti kürd terrorçuların Türkiyəyə təhvil verilməsini təkzib edib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti yayılan yalan xəbərlərin nəinki reallığa uyğun olmadığını, həm də heç bir hüquqi əsası olmadığını bildirir.

Ermənistan Ədliyyə Nazirliyi isə məlumat yayaraq bildirib ki, nazirlik məhkumu cəzasının qalan hissəsini çəkmək üçün vətəndaşı olduğu ölkəyə köçürmək hüququna malikdir.

“Lakin Atila Çiçək və Hüseyn Yıldırımın Türkiyəyə transferi Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilməyib”, - deyə açıqlamada bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   PKK  


Bizi "telegram"da izləyin