“Yerevan.today”: Sabiq erməni prezidentlərin görüşündə iştirakçılardan biri kapitulyasiyaya razılıq verməyi təklif edib

2022/09/f4sd5-1664186032.jpg
Oxunub: 1073     17:21     26 Sentyabr 2022    
Ermənistanın sabiq prezidentləri və qondarma qurumun sabiq “rəhbərləri” ilə bütün ermənilərin katolikosunun görüşündən iki-üç gün keçir. Tərəflərdən heç biri konkret məlumat açıqlamır. Amma müxtəlif müsahibələr, məlumatlar, yazılar nəticəsində başa düşülən mənzərə ortaya çıxır.

Ordu.az xəbər verir ki, bu barədə “Yerevan.today” nəşri yazıb.

Nəşr qeyd edir ki, iştirakçılardan biri digərlərinə əks təklif verib.

“İştirakçılardan biri kapitulyasiyaya razılıq verməyi və bu mövzuda Paşinyana dəstək verməyi təklif edib. Nə baş verir? Paşinyan tək qalıb, bu, faktdır. O, müqaviləni imzalamaq istəyir. Onlar buna sülh müqaviləsi, qurtuluş xəritəsi və ya başqa bir şey deyəcəklər, amma əslində bu, kapitulyasiyadır. Sadə bir hesablama aparmaq olar ki, bütün iştirakçılardan kim həmişə və açıq şəkildə torpaqların verilməsini dəstəkləyib”, - deyə məqalədə bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sabiq-prezidentlər  


Bizi "telegram"da izləyin