Erməni ekspert: “Türkiyə mallarının Ermənistana real idxalı 400 milyon dollara çata bilər”

2022/09/dfgdf-1664185605.jpg
Oxunub: 532     16:30     26 Sentyabr 2022    
“2019-cu ildə Ermənistan və Türkiyə arasında birbaşa ticarət dövriyyəsi hətta sərhədlərin bağlanmadığı və diplomatik münasibətlərin olmadığı şəraitdə də 270 milyon dollar təşkil edib”.

Ordu.az xəbər verir ki, bunu erməni iqtisadçı ekspert Tatul Manaseryan deyib.

O qeyd edib ki, Gürcüstan ərazisindən təkrar ixracı nəzərə alsaq, bu və ya gələn il Türkiyə mallarının Ermənistana real idxalı 400 milyon dollara çata bilər.

Onun sözlərinə görə, indiki mərhələdə Ermənistan Türkiyə ilə bütün növ kommunikasiyaları tam açmağa hazır deyil, çünki etimad problemi var.

“Türkiyə ilə münasibətlərin qurulmasının konkret iqtisadi tərəflərinə gəlincə, onlar hazırda Ermənistan üçün o qədər də xoşbəxt görünmürlər. Türkiyə iqtisadiyyatının rəqabət qabiliyyəti daha yüksəkdir. Bundan əlavə, hələ 1993-cü ildə Türkiyə parlamenti Ermənistan məhsullarının idxalına qadağa qoyub. Bu şəraitdə yerli istehsalı itirə bilərik. Bu gün yolların açılması ideyası hər iki ölkənin, Azərbaycanın və Türkiyənin maraqlarına tam uyğundur. Burada Ermənistanın nə siyasi, nə iqtisadi, hətta humanitar maraqları nəzərə alınmır”, - deyə Manaseryan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Ermənistan  


Bizi "telegram"da izləyin