Türkiyənin “Sancar” insansız dəniz platfoması ilk sınaqlarını uğurla başa vurub

2022/09/SANCA-1664183030.jpg
Oxunub: 547     14:33     26 Sentyabr 2022    
Türkiyənin HAVELSAN şirkətinin və “Yonca Onuk” gəmiqayırma zavodunun əməkdaşlığı ilə inkişaf etdirilən “Sancar” insansız dəniz platfoması ilk sınaqlarını uğurla başa vurub.

Ordu.az xəbər verir ki, bu barədə “Twitter” hesabında Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir məlumat yayıb.

O qeyd edib ki, Türkiyənin müdafiə sənayesi PUA-lardan sonra insansız dəniz platfomaları ilə dünyada fərq yaradacaq.

Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı üçün hazırlanmış “Sancar” platformalarının suya buraxılışı İsmail Dəmirin iştirakı ilə keçirilib. İstanbulun Tuzla şəhərindəki “Yonca-Onuk” Gəmiqayırma Zavodunda keçirilən mərasimdə Dəmirə “Sancar” platformalarının xüsusiyyətləri və imkanları haqqında məlumat verilib.

“Zərbə PUA-ları sahəsində əldə etdiyimiz təcrübə və uğurları dənizdə də göstərərək bu sahədə dünyanın qabaqcıl ölkələrindən biri olmağı hədəfləyirik. Silah daşıya bilən insansız dəniz platfomaları ilə bağlı çoxlu araşdırmalarımız var, “Sancar” da onlardan biridir. Silahlı insansız dəniz platfomalarının gələcəyin əməliyyat mühitinə hazırlıq baxımından inteqrasiya olunmuş əməliyyat mühitində işləməsi bizim üçün çox vacibdir”, - deyə o qeyd edib.

“Sancar” kəşfiyyat və müşahidə, suüstü döyüş və mina əleyhinə missiyaları insansız yerinə yetirmək məqsədilə hazırlanıb. Platforma insan həyatı üçün riskli olan missiyalarda insansız istifadə anlayışı ilə bu riski minimuma endirəcək və bir çox işin daha effektiv yerinə yetirilməsinə imkan verəcək.

“Sancar”ın xüsusiyyətləri:
Uzunluğu: 12.7 metr
Subasımı: 9 yon
Maksimal sürəti: 40 düyün
Minimum kreyser məsafəsi: 400 NM
Əməliyyat müddəti: 40 saat
Modul quruluşa sahib olacaq
“Stamp-2” stabilləşdirilmiş silah sistemi və 2×2 UMTAS / L-UMTAS raketləri daşıya biləcək
MILMAST teleskopik sistemləri ilə təchiz ediləcək (Naviqasiya radarı, kamera, toqquşmaya qarşı sistemlər)

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Sancar  


Bizi "telegram"da izləyin