Türkiyə Putinlə Zelenskini görüşdürmək niyyətindədir

2022/04/625da-1650391329.jpg
Oxunub: 352     12:19     26 Sentyabr 2022    
Rusiya-Ukrayna məsələsində çox həssas nöqtələr var. Məsələn, işğal olunan ərazilər Ukrayna torpaqlarıdır.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Yaponiyaya səfəri çərçivəsində mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, tərəflər zəif mövqe ilə masa arxasına oturmaq istəmir, amma onları müharibənin qalibinin olmayacağına inandırmaq lazımdır.

“Bu ədalətli sülh olmalıdır, çünki məsələn, Ukrayna torpaqları işğal olunub. Təbii, müharibənin davam edilməsini istəyən aktorları da razı salmaq lazımdır. Biz Türkiyə olaraq ümidimizi itirməmişik, səylərimizi davam etdirərək iki lideri bir araya gətirmək, liderlər səviyyəsində qərar alınmasını istəyirik”, - deyə o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Zelenski  


Bizi "telegram"da izləyin