BQXK Azərbaycanda saxlanılan ermənilərə baş çəkib

2021/10/91172-1634105603.jpg
Oxunub: 488     10:08     26 Sentyabr 2022    
23 sentyabr tarixində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) nümayəndələri bu yaxınlarda saxlanılan Ermənistan vətəndaşlarına baş çəkiblər.

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Ordu.az-ın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan tərəfinin haqqında məlumat verdiyi həmin şəxslərlə təkbətək görüş keçirilib və onların ailələri ilə əlaqələri yaradılıb.

Prokurorluğun bir sıra işçilərinin son yaş həddi ilə bağlı fəaliyyətlərinə xitam verilib
İkinci “Yüksəliş” müsabiqəsinin qalibinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində vəzifə verilib
Bakıda yol təmiri aparılan küçədə hərəkət məhdudlaşdırılacaq
Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BQXK  


Bizi "telegram"da izləyin