Qazaxıstan XİN: Dövlətlərin ərazi bütövlüyü, suverenliyi prinsiplərindən çıxış edirik

2022/09/1664173074.jpg
Oxunub: 418     10:32     26 Sentyabr 2022    
“Qazaxıstan dövlətlərin ərazi bütövlüyü, suverenliyi və dinc yanaşı yaşamaq prinsiplərindən çıxış edir”.

Ordu.az xəbər verir ki, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybek Smadiyarov Ukraynanın Luqansk, Donetsk, Zaporojye və Xeson əyalətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı keçirilən “referendum”a münasibət bildirərkən deyib.

Aybek Smadiyarov qeyd edib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT nizamnaməsinə əsaslanan beynəlxalq hüquq prinsipinə riayət olunmasının vacibliyini dəfələrlə açıq şəkildə bəyan edib. BMT-nin Nizamnaməsində vurğulanıb ki, üzv dövlətlər sülh və ərazi bütövlüyünə əməl olunmasını dəstəkləyirlər.

Qeyd edək ki, sentyabrın 23-27-də Ukraynanın Luqansk, Donetsk, Zaporojye və Xeson əyalətlərinin Rusiyaya birləşdirilməsi ilə bağlı “referendum” keçirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   XİN  


Bizi "telegram"da izləyin