Ukrayna SQ: Ölkənin cənubunda Rusiyanın 5 silah-sursat anbarı dağıdılıb

2022/09/4555-1662270788.jpg
Oxunub: 557     09:34     26 Sentyabr 2022    
Son sutka ərzində Ukraynanın cənubunda Rusiya ordusunun 5 silah-sursat anbarı dağıdılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Cənub Əməliyyat Komandanlığı məlumat yayıb.

Qeyd olunub ki, həmçinin Rusiya ordusunun 43 hərbçisi, 3 tankı məhv edilib:

“Son sutkada, həmçinin Xersona vilayətində qarşı tərəfin 1 Su-25 hücum təyyarəsi vurulub”.

Bundan başqa, Ukrayna Hərbi Hava Qüvvələri Nikolayev və Odessa vilayətlərində Rusiya Ordusunun 2 Şahed-136 kamikadze pilotsuz təyyarəsini məhv edib.

Qeyd edək ki, bundan əvvəl Ukraynanın Cənub Müdafiə Qüvvələrinin mətbuat mərkəzinin birgə koordinasiya qərargahının rəhbəri Natalya Qumenyuk qarşı tərəfin son vaxtlar hərbi fəaliyyətlə bağlı problemlərinin olduğunu bildirmişdi.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə bu il fevralın 24-də başlayıb. Ukrayna Daxili İşlər Nazirliyinin sonuncu məlumatına görə, indiyədək ölkədə 7 mindən çox dinc sakin həlak olub, 5 midən çox insan isə yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin