Şamaxıda şəhid Naiq Ələkbərovun xatirəsinə həsr olunmuş cüdo turniri təşkil olunub

2022/09/cudo_-1664168660.jpg
Oxunub: 375     09:55     26 Sentyabr 2022    
Şamaxı şəhərində Vətən müharibəsi şəhidi Naiq Ələkbərovun xatirəsinə həsr olunan cüdo üzrə açıq rayon birinciliyi keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo federasiyasından məlumat verilib.

2010-2012-ci il təvəllüdlü yeniyetmələr arasında keçirilən yarışın açılışında Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Turnirə paytaxt Bakıdan, Qəbələ və Şamaxı rayonlarından ümumilikdə 14 komanda qatılıb. Şamaxı Olimpiya İdman Kompleksinin təşkilatçılığı ilə keçirilən turnirdə 250-ə yaxın idmançı 9 çəki dərəcəsində mübarizə aparıb.

Qeyd edək ki, gizir Naiq Ələkbərov Vətən müharibəsində göstərdiyi igidliyə və qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şəhid   Cüdo  


Bizi "telegram"da izləyin