Qazaxıstanda KTMT-nin kollektiv qüvvələrinin təlimləri başlayıb

2021/09/HAPK-1632316843.jpg
Oxunub: 433     09:11     26 Sentyabr 2022    
Cəmbil və Alma-Ata vilayətlərində (Qazaxıstanın cənub və cənub-şərqində) sentyabrın 26-dan oktyabrın 8-dək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kollektiv çevik reaksiya qüvvələrinin təlimləri keçiriləcək.

Ordu.az xəbər verir ki, bu barədə respublikanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Eşelon-2022” xüsusi təlimi logistikanın təşkili məsələlərinin işlənib hazırlanmasına yönəlib.

KTMT-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   KTMT  


Bizi "telegram"da izləyin