“ABŞ Rusiyanın baş verəcək nüvə zərbəsinə qarşı plan hazırlayıb” - Blinken

2022/04/df456-1648994668.jpg
Oxunub: 392     04:49     26 Sentyabr 2022    
Rusiya nüvə silahından mümkün istifadə ilə bağlı qərar verəcəyi təqdirdə ABŞ hakimiyyətinin planı ilə üzləşəcək.

Ordu.az CBS telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken deyib.

Amerikanın xarici siyasət departamentinin rəhbərinin sözlərinə görə, Ağ Ev Ukrayna münaqişəsinin nüvə fazasına daxil olmayacağını gözləyir.

“Bizim planımız var... ABŞ münaqişənin böyüməsini və genişlənməsinə qarşıdır”, - deyə Blinken bildirib.

Dövlət katibi Moskva ilə birbaşa qarşılıqlı əlaqənin vacibliyini də qeyd edib.

“Moskvanın bizi eşitməsi və nəticələrin dəhşətli olacağını öyrənməsi vacibdir”, - deyə o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Blinken   ABŞ  


Bizi "telegram"da izləyin