Ukrayna ABŞ-dan NASAMS hava hücumundan müdafiə sistemləri alıb

2021/09/nasam-1631689202.jpg
Oxunub: 367     01:49     26 Sentyabr 2022    
Ukrayna Amerikanın NASAMS hava hücumundan müdafiə sistemlərini alıb.

Ordu.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə ölkə başçısı Vladimir Zelenski CBS telekanalına müsahibəsində bildirib.

“ABŞ-ın liderlik nümayiş etdirməsinə və hava hücumundan müdafiə sistemlərini Ukraynaya ötürməsinə tamamilə ehtiyacımız var. Artıq NASAMS-ı aldıq. Buna görə, prezident Baydenə və Konqresə təşəkkür etmək istəyirəm”, - deyə Zelenski bildirib.

Bununla belə, Ukrayna prezidenti vurğulayıb ki, bu sistemlərin sayı mülki infrastrukturu, məktəbləri, xəstəxanaları, universitetləri və ukraynalıların öz evlərini Rusiyanın zərbələrindən qorumaq üçün kifayət etməyəcək.

“Ukraynalılarımızı vətənə qayıtmağa cəlb etmək üçün bizə təhlükəsizlik lazımdır. Əgər təhlükəsiz olsalar, gəlib məskunlaşacaqlar, burada işləyəcəklər və vergi ödəyəcəklər, o zaman büdcəmizdə 5 milyard dollar kəsir olmayacaq. Bu, hamı üçün yaxşı olacaq”,- deyə dövlət başçısı bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   NASAMS  


Bizi "telegram"da izləyin