ABŞ “referendumlara” cavab olaraq yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

2022/09/1664128149.jpg
Oxunub: 535     21:42     25 Sentyabr 2022    
ABŞ yaxın günlərdə Ukraynanın işğal altındakı Donetks, Luqansk, həmçinin Xerson və Zaporojye vilayətlərində “referendum”ların keçirilməsi ilə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar elan edəcək.

Ordu.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan NBC telekanalına müsahibəsində deyib.

“Böyük yeddilik liderləri, “referendumlar” başlayandan sonra cümə günü verdiyi bəyanatda fəsadların olacağını, xüsusən əlavə gücləndirilmiş sanksiyaların, o cümlədən Rusiyadan kənarda “referendum”ları dəstəkləyən hüquqi şəxs və şirkətlərə qarşı sanksiyaların olacağını təsdiqləyib. Bunu yaxın günlərdə görəcəksiniz. ABŞ əlavə açıqlamalar verəcək. Bu, Ukraynanı silah və hərbi texnika ilə təmin etmək üçün səylərimizi ikiqat artıracaq”, - o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Sanksiya  


Bizi "telegram"da izləyin