Səfərbərlikdən yayınmaq üçün Qazaxıstana qanunsuz keçən Rusiya vətəndaşları saxlanılıb

2022/09/21212-1664117388.jpg
Oxunub: 567     18:11     25 Sentyabr 2022    
Bu gün Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidməti dövlət sərhədini qanunsuz keçmək istəyən üç Rusiya vətəndaşını saxlayıb.

Ordu.az-ın xəbərinə görə, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.

Rusiya vətəndaşları Kostanay vilayətində sərhəddən qanunsuz keçərkən saxlanılıblar. Rusiya vətəndaşları ölkədə qismən səfərbərlikdən yayınmaq üçün sərhədi qanunsuz keçməyə cəhd etdiklərini bildirib.

Sorğular başa çatdıqdan sonra saxlanılarlar Rusiya tərəfinə təhvil veriləcək.

Qeyd edilib ki, hazırda sərhədlərin etibarlı mühafizəsini təmin etmək üçün Qazaxıstan sərhədçiləri gücləndirilmiş rejimdə fəaliyyət göstərirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qazaxıstan  


Bizi "telegram"da izləyin