Şolts: "Ukraynaya tankların göndərilməsi təhlükəlidir"

2022/04/image-1649250914.jpg
Oxunub: 670     18:24     25 Sentyabr 2022    
Almaniya Ukraynaya tanklar göndərmək istəmir, çünki bu, münaqişənin inkişafında təhlükəli addım ola bilər.

Ordu.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts “The New York Times” qəzetinə müsahibəsində deyib.

"Biz Ukraynanı dəstəkləyirik. Lakin bu dəstəyi eskalasiyaya, NATO ilə Rusiya arasında müharibəyə gətirib çıxarmayacaq şəkildə edirik, çünki bu, fəlakət olardı", - Şolts bildirib.

Qeyd edək ki, son həftələrdə Almaniya Ukrayna və bir sıra NATO ölkələrinin nümayəndələri tərəfindən Kiyevə hücum əməliyyatları üçün lazım olan tankları və piyada döyüş maşınlarını göndərmədiyinə görə sərt şəkildə tənqid olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şolts   Ukrayna  


Bizi "telegram"da izləyin