Ukrayna işğal olunmuş ərazisini Azərbaycan vasitəsilə necə tərk etmək barədə məlumat yayıb

2022/05/1651900137.jpg
Oxunub: 1165     15:10     25 Sentyabr 2022    
Ukraynanın Xarici İşlər Nazirliyi vətəndaşlarına Rusiya hərbçiləri tərəfindən ələ keçirilmiş ərazisini Azərbaycan, Gürcüstan və ya Qazaxıstan vasitəsilə tərk etmək barədə izahat xarakterli məlumat yayıb.

Bu barədə Ordu.az Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edilir ki, həyat və sağlamlıq üçün təhlükə olduğuna görə, bu gün Krımda və ya digər müvəqqəti ərazilərdə qalmaq təhlükəsiz deyil.

Ukrayna XİN xarici ölkələrə giriş və tranzit rejiminin aktuallığını yoxlamaq, xüsusən onların ərazisində olma şərtlərini öyrənmək üçün nazirliyin interaktiv xəritəsinə müraciət etməyin kifayət oduğunu bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Azərbaycan   XİN  


Bizi "telegram"da izləyin