Şəhidlərimiz Xəyal Süleymanov və Turan Məhərrəmovun ailələri ziyarət olunub - FOTO

2022/09/1664100276.jpg
Oxunub: 621     12:37     25 Sentyabr 2022    
Sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan Süleymanov Xəyal Elxan oğlunun və Məhərrəmov Turan Tərlan oğlunun ailələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən ziyarət olunub.

Nazirlikdən Ordu.az-a verilən məlumata görə, görüşdə Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri ilə bağlı bütün sosial dəstək tədbirlərinin görülməsinin təmin olunması ailələrin diqqətinə çatdırılıb.

Həmçinin şəhidilərimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, xatirlərinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Qəhrəman hərbçilərimizin ailələrinin hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunacağı bildirilib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ƏƏSMN   Şəhid  


Bizi "telegram"da izləyin