Xersonda otelə raket zərbəsi endirilib, sabiq deputat ölüb

2022/09/1664100077.jpg
Oxunub: 552     11:26     25 Sentyabr 2022    
Rusiyanın nəzarətində olan Xerson şəhərindəki “Play Hotel by Ribas” otelinə raket zərbəsi endirilib.

Ordu.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu gün yerli vaxtla saat 05.30 radələrində endirilən raket zərbəsi nəticəsində iki nəfər ölüb, yaralananlar var.

Ölənlərdən biri Ukrayna Ali Radasının V və VI çağırış deputatı Aleksey Juravkodur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xerson  


Bizi "telegram"da izləyin