PAC: Azərbaycan JF-17-lərlə yaxından maraqlanır

2018/12/48173-6177061024.jpg
Oxunub: 8951     14:03     24 Sentyabr 2022    
Bakıda baş tutmuş ADEX sərgisində Pakistanın “Pakistan Aeronautical Complex” (PAC) şirkətinin stendində JF-17 döyüş təyyarəsi və “Super Muşşak” təlim təyyarəsi nümayiş olunub.

Şirkətin əməkdaşları Ordu.az-a açıqlamasında bildiriblər ki, təyyərələr sərgidə çox maraqla qaşılanıb.


Yüngül çəkili, tək mühərrikli JF-17 təyyarəsi PAC və Çinin “Chengdu Aircraft Corporation” (CAC) şirkətləri tərəfindən birgə istehsal olunur. Təyyarə hava kəşfiyyatı aparmaq, yer hədəflərinə qarşı hücum və qarşı tərəfin hava hədəflərinin ələ keçirilməsi və ya məhv edilməsi üçün nəzərdə tutulub.

Açıqlamada bildirilib ki, təyyarənin ən son model “Blok 3” konfiqurasiyası üzərində işlər yekunlaşmaq üzrədir. Tezliklə bu model təyyarələr Pakistan Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunacaq. Təyyarələr Nigeriya və Myanmaya satılıb.


Əməkdaşlar bildirib ki, Azərbaycan JF-17-lərlə yaxından maraqlanır. Onlar satışların və ya müqavilənin olub-olmadığı barədə məlumat verməyib.

Azərbaycan ordusunun istifadə etdiyi “Super Muşşak” təlim təyyarələrinin avionika və idarəetmə sistemləri mürəkkəb deyil. Bunun sayəsində gənc pilotlar təyyarəni öyrənməkdə və istismarını qısa müddətdə mənimsəyə bilir. Öz sinfində olan digər təyyarələrlə müqayisədə “Super Muşşak”ın pilotaj imkanları daha yüksəkdir.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PAC   Azərbaycan   JF-17  


Bizi "telegram"da izləyin