“Joğovurd”: Polis Paşinyanın yeganə dəstəkçisidir, onların mükafatları artırılır

2021/04/as-2--1619249789.jpg
Oxunub: 450     16:15     26 Sentyabr 2022    
2020-ci ildən sonra baş verən son hadisələr onu göstərir ki, Nikol Paşinyan hökumətinin yeganə dayağı polisdir.

Ordu.az xəbər verir ki, bu barədə “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edir ki, bu, qarşılıqlı münasibətdir, çünki Nikol Paşinyan, xüsusən hakimiyyətinin son illərində polis işçilərinə böyük diqqət yetirir və bütün digər dövlət idarələri ilə müqayisədə polisə hədsiz dərəcədə çoxlu mükafatlar verir.

“Dövlət mükafatları siyahısında birinci yerdə Nikol Paşinyanın hakimiyyətini saxlayan Ermənistan Polisi qərarlaşıb və ona verilən mükafatlar, o cümlədən pul mükafatları və xüsusi ödənişlər 9 milyard 163 milyon 873 min dram təşkil edir. Maraqlıdır ki, polislə yanaşı, Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Xidməti və digər strukturlar kimi dövlət sisteminin daha mühüm funksiyalarını yerinə yetirən əməkdaşlarımız var. Müdafiə Nazirliyinə ayrılan mükafat fondu gizli saxlanılır, amma şübhəsiz ki, polisdən çox deyil və çoxlu mükafat alan idarələrin siyahısında polis üstünlük təşkil edir.

Nikol Paşinyan polislə “sövdələşmə” edib. Beləliklə, 2020-ci ildən indiyə kimi onlar həmrəylik içində yaşayır. Belə təəssürat yaranır ki, bütöv bir polis sistemi Nikol Paşinyanın cangüdəni kimi işləyir və onun təhlükəsizliyini təmin edir, bunun ən parlaq və təsiredici təzahürü Yerablurda, polisin valideyinləri övladlarının qəbirlərindən zorla qovması olub”, - deyə nəşr qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polis   Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin