Erməni politoloq: “Hakimiyyətdə olanlar hesab edirdilər ki, Ankara Bakını cilovlayacaq”

2022/09/36449-1664002488.jpg
Oxunub: 796     20:53     29 Sentyabr 2022    
“Kifayət qədər uzun müddətdir ki, Ermənistanın siyasi və ekspert ictimaiyyəti arasında belə bir tezis gəzirdi ki, İrəvan Ankara ilə dostluq və qonşuluq münasibətləri qurarsa, o zaman Türkiyə Azərbaycanı cilovlayacaq”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Benjamin Matevosyan deyib.

O qeyd edir ki, Ermənistanın iqtidaryönlü ekspert icması, eləcə də bir sıra KİV-lər son 2-3 ayda bu fikri hər cür təbliğ edir.

“Bu tezisi onlar sözbəsöz irəli sürdülər. Guya Türkiyə Azərbaycanın Ermənistana qarşı müharibəyə başlamasına imkan verməyib”, - deyən Matevosyan bu tezisin əslində iflasa uğradığını xatırladıb.

Onun sözlərinə görə, indiki hakimiyyətin bütün siyasəti də iflasa və nüfuzdan düşməyə məruz qalıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Türkiyə  


Bizi "telegram"da izləyin