“Past”: Artıq Ermənistanın mövcudluğu təhlükə altındadır

2020/03/Untit-1585478517.jpg
Oxunub: 562     12:43     26 Sentyabr 2022    
Hazırda Ermənistanda ictimaiyyəti narahat edən əsas məsələ ölkənin təhlükəsizliyidir, çünki birbaşa ölkənin mövcudluğu artıq təhlükə altındadır.

Ordu.az xəbər verir ki, bunu “Past” nəşri yazıb.

Nəşr qeyd edib ki, xarici təhlükə ilə üzləşmək üçün ölkədə lazımi korrektələr, o cümlədən siyasi korrektələr edilməlidir.

“Ölkənin üzləşdiyi ağır vəziyyətdən istifadə edən hakimiyyət özünü dövlətlə eyniləşdirərək, öz siyasi hakimiyyətləri ətrafında birləşməyin zəruri olduğu siyasi istiqaməti irəli sürməyə çalışır.

Məhz buna görədir ki, bu günlərdə hakimiyyət bu cür çağırışları dil sürüşməsinə çevirib. Vəziyyəti ayıq-sayıq qiymətləndirən bütün adekvat insanlar konsolidasiyanın vacibliyini vurğulayır. Nikol Paşinyan və onun komandasına qarşı vuruşan, onlara qarşı çıxan qüvvələr nə deyirlər? Sadə dillə desək, belə deyirlər: indiki hakimiyyətin, xüsusən də Paşinyanın ətrafında birləşmək məğlubiyyət ətrafında birləşmək və ölkəni məhvə doğru aparmaq deməkdir. Paşinyan tamamilə məğlubiyyət simvoluna çevrilib.

Paşinyan bir siyasi xadim kimi ölkəni bir məğlubiyyətdən digərinə aparıb, dövləti məhvə sürükləyib. Vaxt keçdikcə vəziyyətimiz bir o qədər mürəkkəbləşir. Aydındır ki, Paşinyandan gözləntilərin olması mənasızdır, çünki o, güzəşt çarxını nəinki dayandıra bilmir, həm də addımları ilə sürətləndirir. Baş verənlər onu göstərir ki, o, siyasi baxımdan özünü tamamilə tükəndirib və baş nazir kürsüsündə nə qədər çox qalarsa, ölkə bir o qədər çox əziyyət çəkəcək. Bundan başqa, Paşinyanın rəhbərlik etdiyi qüvvə heç vaxt siyasi məzmun daşımayıb, sırf fürsətçiliyi, teatr şoularını rəhbər tutaraq, ictimaiyyət arasında nifrət və düşmənçilik yaratmaqla “suları bulandırmağa” nail olublar. Ermənistanın daha itirəcək vaxtı yoxdur, gecikmənin ciddi nəticələri var. Paşinyan sadəcə səlahiyyət müddətini davam etdirməklə ölkəni yeni təhlükələrə, yeni məğlubiyyətlərə, yeni təlatümlərə aparmağa davam edir”, - deyə məqalədə bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mövcudluq   Təhlükə  


Bizi "telegram"da izləyin