Rusiya ordusunun generalı yaralanıb

2022/03/FRMOq-1648750207.jpg
Oxunub: 2513     09:29     23 Sentyabr 2022    
Rusiya Silahlı Qüvvələrinin 20-ci Əlahiddə Ümumqoşun Ordusunun 144-cü motoatıcı diviziyasının komandiri, general-mayor Oleq Tsokov Svatove qəsəbəsi ərazisində yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, general-mayor yaralndıqdan sonra təxliyə edilib.

Həmçinin Baş Qərargahın məlumatında Rusiya ordusunun itkilər verdiyi bildirilib: "Xüsusilə rəhbər şəxslər arasında itkilər var. Rusiya tərəfi işğal olunmuş ərazilərdə məcburi səfərbərliyi davam etdirir. Rusiya Silahlı Qüvvələrinin Marşal Vasilevski adına Hava Hücumundan Müdafiə Hərbi Akademiyasının sonuncu kurs tələbələrinin ordu sıralarına cəlb olunması da məlumdur. Rusiya hərbi rəhbərliyini sentyabrın 26-dan oktyabrın 24-dək Moskva Birləşmiş Hərbi Komandanlıq Məktəbinin bazasında ehtiyatda olan hərbçilərlə görüşü planlaşdırır".

Məlumatda vurğulanıb ki, Ukrayna müdafiə qüvvələrinin bölmələri gün ərzində Kupyansk, Spirne, Mayorsk, Zaitseve, Avdiivka, Novomıxaylivka, Opıtne və Kamianka yaşayış məntəqələrinin ərazilərində düşmənin hücumlarını dəf edib: "Qarşı tərəfin canlı qüvvəsi və hərbi texnikasının cəmləşdiyi 25 raket və zenit-raket komplekslərinin olduğu 6 mövqe vurulub. Hava hücumunundan müdafiə bölmələrimiz qarşı tərəfin Mi-8 helikopterini məhv edib".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin