Ordu.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Pavel Felqenhauer deyib.
Onun sözlərinə görə, Azərbaycanın müdafiəni yarıb Naxçıvana çatmaq imkanı var.
“Prinsipcə, onlar bunu edə bilərlər. Bu, daha ciddi hərbi əməliyyatlara, Rusiya ilə birbaşa qarşıdurmaya səbəb ola bilər, çünki orada rus sərhədçiləri var”, - deyə ekspert əlavə edib.
O, İranın da bu vəziyyəti diqqətlə izlədiyini xatırladaraq, Tehranın Ermənistanla yaxşı münasibətlərinin olduğunu xatırladıb.
“Bundan əlavə, İsraillə yaxın hərbi-texniki əlaqələrə görə İranda Azərbaycana şübhə ilə yanaşılır. Lakin İranın bu proseslərə birbaşa hərbi müdaxiləsi real görünmür”, - deyə Felqenqauer vurğulayıb.
O qeyd edib ki, Ermənistanla Azərbaycan arasında toqquşmalar hansısa səviyyədə davam edə bilər, amma vəziyyətin gərginləşib-gərginləşməyəcəyini söyləmək çətindir.
Ekspert bildirib ki, tərəflər arasında daim gərginlik var və bu, son vaxtlar olduğu kimi zaman-zaman ciddi gərginliyə çevrilir.
“Ermənilər hücum edib Şuşanı ələ keçirməyə cəhd etməyiblər və azərbaycanlılar deyəsən İrəvana gedib orada müharibənin dayandırılması şərtlərini diktə etmək fikrində deyillər. Görünən odur ki, tərəflərdən heç biri həlledici hədəflər qoymayıb, amma müəyyən aralıq məqsədlər qoyulub”, - deyə bildirib.
Alpər Mövludoğlu
Ordu.az