Azərbaycanın almaq istədiyi AK-40GL qumbaraatanları nəyə qadirdir?

2022/09/1663673299.jpg
Oxunub: 11243     15:23     20 Sentyabr 2022    
Xəbər veriyimiz kimi, Azərbaycan Türkiyənin "Akdaş Silah" şirkəti tərəfindən istehsal edilən AK-40GL qumbaraatanları almağı planlaşdırır.

Silahı istehsal edən şirkətin sahibi Səlim Akdaş "Anadolu" agentliyinə bildirib ki, qumbaraatanların ixracına hazırlaşırlar.


O qeyd edib ki, qumbaraatana dost və qardaş ölkələr də maraq göstərir. O, məhsula 20-dən çox ölkədən tələbatın olduğunu əlavə edib: "Hazırda Azərbaycanla da danışıqlar aparırıq. Altı barabanlı qumbaraatan üçün tələbat var. Milli Müdafiə Nazirliyimiz məqsədəuyğun hesab edərsə, bunu həmin ölkələrə veririk. Yəni, hər rastımıza çıxan bizdən silah ala bilməz. Türkiyənin dost və qardaş ölkələrinə göndərə bilirik. Altı barabanlı model 400 və 800 metr mənzillidir. Azərbaycan bunu istəyir, danışıqlar gedir".


AK-40GL Türkiyə Silahlı Qüvvələrinin yeni nəsil piyada silahlarına (Mpt-76 və Mpt-55 və s.) və digər kiçik piyada silahlara olan ehtiyaclarını ödəmək üçün "Akdaş silah" şirkəti tərəfindən dizayn və istehsal edilən unikal dizaynlı yerli və milli 40 mm çaplı qumbaraatandır.


Sistemin Taktiki-Texniki Xüsusiyyətləri:

Sürətli və sabit hədəfləmə
Sağ və sol əllə istifadə
Davamlı daşıma üçün uyğun olan yüngül və unikal dizayn
Səs, qaz patronları və dağıdıcı döyüş sursatları ilə istifadə üçün uyğundur
Görüntüləmə və işıqlandırma sistemləri qurşdırırıla bilər
Məsafə: 400 metr
Çəkisi: 1.5 kq
Çapı: 40 mm
Lülənin uzunluğu: 254 mm
Silahın uzunluğu: 340 mm
Lülədən çıxış sürəti: 70 m/san
Atəş sürəti: 5-6 atəş/dəqiqə
Lülənin atış ömrü: 5000 atəş


Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azərbaycan  


Bizi "telegram"da izləyin