“Harop”un istehsalçısı: “Azərbaycanla çoxlu sayda müqaviləmiz var”

2022/09/30-6656031544.jpg
Oxunub: 4480     10:27     26 Sentyabr 2022    
ADEX-2022 sərgisində iştirak edən İsrail şirkətlərindən biri də Dövlət Sərhəd Xidmətinin silahlanmasında olan “Harop” kamikadze tipli PUA-ların istehsalçısı “Israel Aerospace Industries” (IAI) şirkəti idi.

IAI rəsmisi Ordu.az-a açıqlamasında bildirib ki, dövlətə məxsus şirkət aerokosmik məhsullar istehsal etməklə məşğuldur.


O, şirkətin Azərbaycanla 4 ilə yaxındır əməkdaşlıq etdiyini bildirib.

“Biz ölkəni bir çox sahədə dəstəkləyirik. Bu sahələrə havadan müdafiə, mülki sektortlar daxildir. Bizim Azərbaycanla çox yaxşı dostluğumuz mövcuddur”, - deyə IAI əməkdaşı qeyd edib.


O, şirkətinin ADEX-də hazırda Azərbaycan tərəfindən istifadə edilən məhsulları, hava hücumundan müdafiə sistemini, mülki həllərini, kommunikasiya sistemlərini təqdim etdiyini bildirib.

“Şirkətimizin məhsullarına ADEX-də maraq yaxşı olub. Həm yerli, həm xarici qonaqlar maraqla qarşılayıb”, - deyə şirkət əməkdaşı qeyd edib.

O, IAI şirkəti ilə Azərbaycan arasında çoxlu sayda müqavilənin olduğunu bildirib və ətraflı danışa bilməyəcəyini deyib.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ADEX   Harop  


Bizi "telegram"da izləyin